Bu gündən fəaliyyəti bərpa olunan sahələr - SİYAHI

05:49 / 25.01.2021
1303

Xəbər verdiyimiz kimi, Azərbaycanda koronavirus infeksiyasının (COVİD-19) yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qismi 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılıb.

HİT.Az-ın Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən verdiyi xəbərə görə, yanvarın 25-i saat 00:00-dan etibarən isə ölkə ərazisində aşağıdakı iş və xidmət sahələrinin fəaliyyəti bərpa olunub:

- ticarət obyektlərinin fəaliyyəti (ictimai iaşə obyektləri, kafe, çay evləri və bu kimi məkanlarda müştərilərə yerində xidmət, iri ticarət mərkəzlərinin, o cümlədən “Mall”ların, fəaliyyəti istisna olmaqla);

- bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

- muzey və sərgi salonlarının fəaliyyəti;

- şəhərlərarası və rayonlararası hərəkət.

0