Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlanıb

09:48 / 25.01.2021
644

Ötən il daxili işlər orqanları tərəfindən insan alverinə qarşı mübarizədə 155 cinayət faktı müəyyən edilib.

HİT.Az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq AR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, 2020-ci ildə insan alverinə qarşı mübarizədə 3 cinayətkar qrup zərərsizləşdirilib: “Bu əməllərə görə 21 nəfər məhkəmə məsuliyyətinə verilib”.

0