Dağıntılar altında qalanlar var - Xırdalandakı partlayışla bağlı açıqlama

ÖLKƏ
20:02 / 25.01.2021
941

Xəbər verildiyi kimi, Xırdalanda 27-ci məhəllədə iki mərtəbəli fərdi yaşayış evində partlayış baş verib.

FHN mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, dağıntılar altından iki nəfər, biri qadın, biri uşaq olmaqla çıxarılıb. Hər ikisi salamatdır. Hələlik ölüm faktı qeydə alınmayıb. Dağıntılar altında qalanlar var, onların axtarışları davam etdirilir.

Partlayışın dalğasından ətrafdakı bina və avtomobillərə zərər dəyib.

0