Azərbaycan niyə Çin peyvəndini seçdi? - RƏSMİ

ÖLKƏ
12:29 / 26.01.2021
683

TƏBİB Azərbaycanın COVİD-19-a qarşı vaksinasiyanın aparılması üçün Çin peyvəndlərini hansı səbəbdən seçdiyini açıqlayıb.

HİT.Az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, peyvəndlərin istehsal olunduğu ölkə ilə klassifikasiya olunması doğru deyil:

"Diqqət yetirməli olduğumuz məqam peyvəndin hansı üsulla istehsal olunmasıdır. Peyvəndin istehsal üsulu təhlükəsizlik nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir".

Qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda koronavirus infeksiyasına qarşı "Sinovac" vaksininin vurulmasına start verilib.

0