Yaxın günlərdə Azərbaycana müasir minatəmizləyən maşınlar gətiriləcək

ÖLKƏ
12:49 / 26.01.2021
1323

"Ali Baş Komandanın göstərişinə əsasən, minatəmizləmə işlərinin surətləndirilməsi və effektivliyin artırılması məqsədi ilə müasir minatəmizləmə maşınları alınıb".

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Mühəndis qoşunları idarəsinin rəis müavini, polkovnik Ceyhun Cəfərov deyib. 

O bildirib ki, həmin minatəmizləmə maşınlarının bir hissəsi yaxın günlərdə Azərbaycana gətiriləcək: "Bundan əlavə olaraq, minaaxtaran cihazların bir hissəsi artıq alınaraq mühəndis qoşunlarının istifadəsinə verilib".

0