Şamaxıda vulkanın püskürmə anı - VİDEO

ÖLKƏ
14:08 / 26.01.2021
710

Quşçu palçıq vulkanı Azərbaycan Respublikasının Şamaxı rayonu, Quşçu kəndi ərazisində yerləşir.

HİT.Az xəbər verir ki, vulkanda son püskürmə 24 yanvar 2021-ci il tarixində qeydə alınıb.

Bundan əvvəl, 2019-cu ilin fevralında qeyda alınan və 1 dəqiqə 30 saniyə davam edən püskürmə zamanı vulkanın hündürlüyü 15-20 metrə qalxıb, təqribən 2 hektar ərazini əhatə edib.

Quşçu kiçik vulkan olsa da, aktiv vulkanlar sırasına daxildir.

Onun ilk püskürməsi 1913-cü ildə qeydə alınıb. Quşçu vulkanı son 200 il ərzində 15 dəfə püskürüb. Ən güclü püskürmələri 1917, 1941, 1992-ci illərdə qeydə alınmışdır. Bundan öncəki püskürməsi 2018-ci ilin yanvar ayında baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Quşçu palçıq vulkanı ilə bağlı yaydığı görüntüləri təqdim edirik:

0