İlham Əliyev Şuşaya xüsusi nümayəndə təyin etdi - SƏRƏNCAM

ÖLKƏ
13:02 / 27.01.2021
2104

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. 

HİT.Az xəbər verir ki, bununla bağlı prezident.az saytı məlumat yayıb. 

Sərəncama əsasən, Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.

0