Güclü külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

ÖLKƏ
18:54 / 27.01.2021
6816

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti Azərbaycan ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Xidmətdən HİT.Az-a daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-i axşam saatlarından 29-u gündüzədək şimal-qərb küləyi əsəcək, küləyin sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. 

Yanvarın 28-i axşamdan 29-u gündüzədək Azərbaycanın bölgələrində qərb küləyinin əsəcəyi, küləyin sürətinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir. 

Sinoptiklərin proqnozuna əsasən, yanvarın 29-30-da bəzi şimal və qərb rayonlarında hava yağıntılı olacaq, qar yağacağı gözlənilir. 

1