30 yanvar saat 16:00-da təhsil naziri Emin Əmrullayev rəsmi "Facebook" səhifəsi üzərindən “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandıracaq.
HİT.Az xəbər verir ki, suallarınızı (şəxsi müraciət tipli suallar istisna olmaqla) 29 yanvar saat 18:00-dək rəy bölməsində qeyd edə bilərsiniz.