Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə xalq artisti Rafiq Hüseynov (Rəmiş) xəstəxanaya yerləşdirilib.
HİT.Az xəbər verir ki, bu barədə "Unikal.org~"-a sənətkarın həyat yoldaşı Güllü Hüseynova məlumat verib.
“Sağ olsun Mehriban xanım göstəriş verdi. Rəmiş Bakı Sağlamlıq Mərkəzinə gətirildi. Hazırda o, reanimasiyadadır. Səhhəti ilə bağlı mənə hələlik məlumat verilməyib”, - deyə o bildirib.
Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkir.