Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən HİT.Az-a bildirilib ki, zəlzələ yerli vaxta saat 21:06-da Xəzər dənizində qeydə alınıb.
Yeraltı təkanlar sahilyanı ərazilərdə 3 bal gücündə hiss olunub.
Dənizdə zəlzələnin maqnitudası 4.5, dərinliyi 60 km olub.