Təhsil Nazirliyi orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə COVİD-19 vaksininin məcburi vurulacağı ilə bağlı sosial şəbəkələrdə gəzən iddialara aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Qaynarinfo-ya açıqlamasında bildirib ki, quruma bununla bağlı hər hansı bir məlumat verilməyib:
"Biz sosial şəbəkələrdə yayılan şayiələri şərh etmirik. Ancaq hökumət idarəsi olaraq verilən qərarlara münasibət bildirirk. Şagirdlərə vaksin vurulacağı ilə bağlı məlumat eşitməmişik”.