Maştağada ad günü keçirənlər cərimələndi

ÖLKƏ
13:53 / 30.01.2021
530

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ölkə ərazisində tətbiq edilən karantin rejiminə əməl etməyərək ad günü məclisi təşkil edilməsinin qarşısını alıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 29-da Maştağa qəsəbəsində vətəndaş E.Qasımovun xüsusi karantin rejimini pozaraq öz evində çoxsaylı qonaqların iştirakı ilə ad günü keçirməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilən ünvana baxış zamanı həmin məclisin təşkilatçısı E.Qasımov və orda olan ümumilikdə 46 nəfər iştirakçı saxlanılaraq polis idarəsinə gətirilib. Onlarla profilaktik söhbət aparılıb və xəbərdarlıq edilib. Xüsusi karantin qaydalarını pozan ev sahibi, eləcə də iştirakçılar barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib olunub və onların hər biri cərimələniblər.

0