Azərbaycanda son sutkada yeni növ koronavirus infeksiyasına daha 131 yoluxma faktı qeydə alınıb, 407 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə HİT.Az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada COVID-19 testi müsbət çıxan 7 nəfər vəfat edib.
Yanvarın 30-na olan statistik göstəricilərə əsasən, Azərbaycanda ümumilikdə 230 066 nəfərin koronavirus infeksiyasına yoluxması faktı aşkarlanıb, onlardan 222 960 nəfər müalicə olunaraq tam sağalıb, 3 126 nəfər dünyasını dəyişib. Hazırda aktiv koronaviruslu xəstə sayı 3 980 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə 7 244, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.