“Aprel-may aylarında da vəziyyət belə davam edərsə, praktika olacaq”.
HİT.Az xəbər verir ki,, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.
O bildirib ki, praktika məsələsi pandemiyanın yaratdığı şəraitdən asılıdır: "Hazırkı şərait davam edərsə, praktika da mümkün olacaq. Ümid edirəm ki, aprel-may aylarında da vəziyyət belə davam edərsə, praktika keçiriləcək. Vəziyyət pisləşərsə, insanların sağlamlığı daha üstün tutulacaq".
Nazir qeyd edib ki, pandemiya dövründə yəqin ki, sertifikasiya olmayacaq: “Sertifikasiyanın keçirilməsini istəyirik və bu baradə düşünürük. Yaxın 6 ay ərzində sertifikasiyanın olacağını düşünmürük. İlin ikinci yarısında isə qərar vəziyyətə görə veriləcək”.