“Azərsu” abonentlərə müraciət etdi

19:39 / 31.01.2021
1037

"Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür”.

HİT.Az xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

"Hörmətli smart kart tipli sayğaclardan istifadə edən abonentlər! Tarif Şurasının məlum qərarı ilə əlaqədar hazırda smart kartlara 10 manat yükləmə etmək mümkündür. Bundan artıq ödənişlər depozit kimi abonentin hesabına köçür. Abonentlər sonradan yerli sukanal idarələrinə və ASAN Kommunal və ASAN Xidmət mərkəzlərinə müraciət etməklə həmin vəsaiti yeni tariflərlə kartlarına bərpa edə biləcəklər", - müraciətdə deyilir.

4