Ölkə xaricindən edilən sifarişlər niyə gecikir? - AÇIQLAMA (VİDEO)

ÖLKƏ
21:15 / 31.01.2021
1653

Dünya kompüter bazarında COVİD-19 pandemiyası dövründə həddən artıq satış qeydə alınıb. 

HİT.Az "ARB 24" kanalına istinadən xəbər verir ki, ötən il ərzində dünyada 458,2 milyondan artıq kompüter satışı qeydə alınıb.

Qeyd olunur ki, 2020-ci ilin son 3 ayında dünyada 143,7 milyondan artıq personal (stolüstü) kompüter insanlar tərəfindən alınıb.

Dünya üzrə satılan kompüterlər arasında ən böyük pay isə noutbuklara düşür. Azərbaycanda da bir çox şirkətlər xaricdən personal kompüter və noutbuklar sifariş edirlər.

Problem isə onların gəlməsində yaranan gecikmələrdədir. Bunun səbəbləri barədə ekspert Vahid Qasımov "ARB 24"ə danışıb.

Videoyazını təqdim edirik:

0