Kür çayında gəzinti qayığı çevrilib.
HİT.Az "APA"-ya istinadən xəbər verir ki, hadisə Kür çayının Mingəçevirdən Yevlaxa uzanan hissəsində baş verib.
Daxil olmuş çağırış əsasında FHN-in Aran dalğıc axtarış qrupu qeyd olunan ərazidə batdığı ehtimal olunan şəxslərin axtarışlarına başlayıb.
İlkin məlumata görə, batdığı söylənən şəxslərdən biri qayıqçı, digəri gəzintiyə çıxan müştəridir. Onların Mingəçevir sakini olduğu və hadisənin qayığın çevrilməsi nəticəsində baş verdiyi bildirilir.