Qafqazda bu təkcə Azərbaycanda mövcuddur - Professor

ÖLKƏ
22:24 / 31.01.2021
956

Yanvarın 23-də Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər.

Palçıq vulkanlarının Azərbaycan üçün əhəmiyyəti haqqında "Sputnik Azərbaycan"-a danışan Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri, professor Çingiz İsmayılov deyir ki, belə vulkanlar dünyada çox geniş yayılmayıb.

“Bu baxımdan vaxtilə palçıq vulkanları ilə bağlı məsələlər qaldırılmışdı, lakin yetərincə təbliğ olunmadı. Xüsusən turizm marşrutlarında bu qeyri-adi təbiət obyektləri seçilə bilər. Bu, Qafqaz bölgəsində yeganə təbii abidələrdəndir ki, təkcə Azərbaycanda mövcuddur. Bu baxımdan palçıq vulkanları Azərbaycanda turizm sektorunun inkişaf etdirilməsi üçün əlavə imkanlar yarada bilər”, - deyə professor bildirib.

0