Prezident İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunan Füzuli rayonu ərazisində "Füzuli Beynəlxalq Hava Limanının tikintisi" layihəsi üzrə tikinti işləri yerinə yetiriləcək.
Trend-in məlumata görə, bunu AZAL-ın vitse-prezidenti Etibar Hüseynov deyib.
Füzuli Beynəlxalq Hava Limanının ərazisinin 100 min kvadratmetr sahəsinin minalardan təmizlənməsi ilə bağlı tədbirlər həyata keçirilir.