Bakıda şirkət rəhbəri həbs edilib.
“KAT Holdinq” MMC-nin təsisçisi Elçin Ələkbərov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinib.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə E. Əkbərov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, sosial şəbəklərdə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksindən mənzil alan bir neçə vətəndaşın narazılığı ilə bağlı məlumat yayılıb. Şikayətlər əsasən Yasamal Yaşayış Kompleksindəki 27, 28 və 29 nömrəli binalarla bağlı olub. Vətəndaşlar mənzil aldıqları binalarda təmir-tikinti işlərinin tam olaraq yekunlaşmadığını, həmçinin aldıqları mənzillərə daxil ola bilmədiklərini bildiriblər.
MİDA məsələ ilə bağlı açıqlama verərək izah edib ki, adı çəkilən binalar “KAT Holdinq” MMC ilə bağlanmış müqavilənin şərtlərinə əsasən inşa edilməli idi.
Məlum olub ki, “KAT Holdinq” MMC-nin qeyd edilən binları təhvil verməməsinin və vətəndaşların şikayətlərinin başlamasının səbəbi holdinqin təsisçisi Elçin Ələkbərovun həbs edilməsidir.
Elçin Ələkbərov uzun müddətdir tikinti sahəsində çalışıb və “KAT Holdinq” MMC-nin təsisçisidir.
Elçin Ələkbərovdan şikayət edən isə son 2-3 ildə holdinqə şərik olan Litva vətəndaşı Povilas Pociusadır.
Razılığa əsasən, Elçin Ələkbərov Povilas Pociusanı holdinqə 50 faiz pay sahibi edib. Məhz 50 faizlik pay sahibliyini aldıqdan sonra Povilas Pociusa 3 milyon 26 min manatı holdinqə köçürüb. Bundan əlavə inşa ediləcək binlardan 6 mənzil, 2 qeyri-yaşayış sahəsinin ona veriləcəyi razılaşdırıb. Həmçinin holdinqə məxsus zavod da girov olaraq Povilas Pociusa verilib.
Binların inşasının yekunlaşmasına qısa bir vaxt qalmış Povilas Pociusa pulunu tələb edib. Pulunun qarşılığında binadan 6 mənzil, 2 obyekt, bir də zavod girov alan, holdinqə şərik olan Litva vətəndaşı əvvəlcə polisə üz tutub və aldadıldığını deyib.
Povilas Pociusanın 2020-ci ilin iyun ayında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə müraciəti əsasında cinayət işi başlanıb. Lakin sonradan cinayət işinə xiatm verilib.
Daha sonra həmin faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb və Elçin Ələkbərov özünün təsisçisi olduğu holdinqin pulunu mənimsəməkdə ittiham edilib.
Həbs edilən Elçin Ələkbərovun qardaşının, ailə üzvlərinin və digər qohumlarının əmlaklarına həbslər qoyulub.
Belə ki, Povilas Pociusanın tələb etdiyi məbləğ “Kat Holdinq” MMC ilə onun arasında bağlanmış rəsmi borc müqaviləsi ilə şirkətin aldığı borcdur. Bundan əlavə alınan 3 milyonluq borc qarşılığında qoyulan girovun məbləği isə qat-qat artıqdır. Təkcə girov qoyulan zavodun dəyəri 5 milyon, digər girovlarla birlikdə 10 milyon dəyər hesablanır.
Elçin Ələkbərov həbsinin qanunsuz olduğunu bildirir.