Parlamentin yaz sessiyasının ilk plenar iclasında Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilərək qəbul edilib.
HİT.Az musavat.com-a istinadən xəbər verir ki, iclasda Milli Məclisin Hesablayıcı komissiyasının tərkibi yenidən təşkil olunub. İntizam komissiyasının tərkibinin əvvəlki üzvlərdən təşkil olunması təklif edilib.
Təklif səsə qoyularaq qəbul edilib. Beləliklə, komissiyasının tərkibi aşağıdakılardan ibarətdir:
Eldar Quliyev, Mixail Zabelin, Elnur Allahverdiyev, Rauf Əliyev, Emin Hacıyev, Sevinc Hüseynova, Sədaqət Vəliyeva.