Sabiq prokuror yenidən məhkəmə qarşısında

ÖLKƏ
17:55 / 01.02.2021
754

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov və onunla birlikdə təqsirləndirilən Fərid Eldarov və Mətləb Həsənovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

HİT.Az xəbər verir ki, hakim Faiq Qəniyevin sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.

Baxış iclası fevralın 4-ə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə) maddəsi ilə ittiham ittiham edilirlər.

Xatırladaq ki, Bakı şəhər Prokurorluğunun sabiq idarə prokuroru Samir Nəsirov bundan əvvəl də məhkum olunub.

O, 2018-ci ildə vətəndaşlara 150 min manatdan çox dələduzluqda təqsirli bilinib.

Həmin vaxt Baş prokurorun əmri ilə prokurorluq orqanlarından xaric edilməklə xidməti araşdırma materialları üzrə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Nəsirova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilmiş və o, məhkəmə zalından azadlığa buraxılmışdı.

Hökmdən dövlət ittihamçısının verdiyi apellyasiya və kassasiya protestləri təmin edilməyib.

0