Fevralın 2-də Binəqədi rayonunun bir hissəsinin təbii qaz təchizatında fasilə yaranacaq.
HİT.Az xəbər verir ki, fevralın 2-də Binəqədi rayonu, DSK yolu adlanan ərazidə yeraltı qaz sızmasının ləğvi, karroziyaya uğramış qaz kəmərinin əvəzlənməsi məqsədilə yeni çəkilmiş diametri 250 millimetr olan qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra ediləcək.
Bununla əlaqədar olaraq saat 10:00-dan etibarən Binəqədi rayonunun "Vulkan”, "1 may” yaşayış massivləri, Biləcəri və Binəqədi qəsəbələrinin bir hissəsində müvəqqəti fasilə yaranacaq.