Bakının Türkan qəsəbəsində yerləşən E. Mirzəyev adına Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika xüsusi internat məktəbinin nə su təminatı, nə də kanalizasiya sistemi var.
Qaynarinfo xəbər verir ki, internat məktəbinin bu gün bağladığı iki satınalma müqaviləsi bunu göstərir.
Belə ki, məktəb çirkab sularının daşınması və içməli və texniki su üzrə 2 katirovka sorğusuna yekun vurub. Müvafiq olaraq məbləği 4999 manat 88 qəpik və 25 min manat olan hər iki müqavilə "Epsilon Servis” MMC ilə bağlanıb.
Müqavilələrin detalları açıqlanmadığından məktəblə əlaqə saxladıq. Məktəbdən Qaynarinfo-ya bildirildi ki, internat məktəbinin kanalizasiya sistemi olmadığı üçün çirkab sularının daşınmasına ehtiyac var. Hmçinin qeyd olundu ki, çirkab suların daşınması ilə bağlı bağlanmış 5 min manatlıq müqavilə maliyyə ilini, yəni bir ili əhatə edir…