Ağdam rayonunun işğaldan azad edilən 5 kəndinin ərazisi mina və partlayıcı qurğulardan tam olaraq təmizlənib.
HİT.Az xəbər verir ki, bu barədə "Trend"-ə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyevb deyib.
Onun sözlərinə görə, hazırda digər kəndlərin ərazilərində mina və partlayıcı qurğulardan təmizlənmə işləri davam edir.
"Artıq rayonun işğaldan azad olunmuş Ağdamkənd, Sarıcalı, Bağmanlar, İsmayılbəyli və Mərzili kəndlərinin ərazisi minalardan tam olaraq təmizlənib. Hazırda Şahbulaq, Cəvahirli və digə kəndlərdə təmizlənmə işləri davam edir", - deyə A.Əliyev bildirib.