Emin Əmrullayev 35 yaşadək olan gənc müəllimlərin sayını açıqlayıb

ÖLKƏ
17:11 / 02.02.2021
1027

"Bu gün 2 Fevral –Gənclər Günü ilə bağlı gənc müəllimlərlə görüşdüm. Təhsilimizin inkişafında gənc müəllimlərimizin rolu danılmazdır".

HİT.Az-ın məlumatına görə, bu fikirləri Təhsil naziri Emin Əmrullayev sosial şəbəkədəki hesabında yazıb.

Nazir qeyd edib ki, ölkənin ümumtəhsil müəssisələrində 141 749 müəllim çalışır ki, onlardan  38 272 nəfəri 35 yaşadək olan gənc müəllimdir: "Gənc müəllimlərimizin simasında bütün gəncləri  2 Fevral - Gənclər Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ölkəmizin sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıram".

0