Füzulidə minaya düşən şəxslərin adları məlum oldu, cinayət işi başlanıb

ÖLKƏ
18:52 / 02.02.2021
929

Xəbər verildiyi kimi, bu gün saat 17:00 radələrində Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi ərazisində 3 nəfər mülki şəxs minaya düşüb. 

HİT.Az-ın Füzuli rayon prokurorluğundan əldə etdiyi məlumata görə, vətəndaşlar 1981-ci il təvəllüdlü Bəhruz İmanov, 1992-ci təvəllüdlü Azad Muxtarov və 1984-cü il təvəllüdlü Rafis Məmişov “QAZ 53” markalı 11-BJ-263 dövlət nömrə nişanlı avtomobillə Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Yağlıvənd kəndi ərazisində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində B.İmanov həlak olmuş, A.Muxtarov və R.Məmişov isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar.

Faktla bağlı rayon prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq tədbirləri həyata keçirilir.

0