Quba rayonunda “Tramadol” satan şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətindən HİT.Az-a verilən məlumata görə, Quba rayon ərazisində dövriyyəsi qanunla qadağan edilmiş güclü təsir edici maddə olan “Tramadol” həblərinin qanunsuz olaraq satışında şübhəli bilinən rayonun Qırmızı qəsəbə sakini Arsen Abramov saxlanılıb. Dindirilmə zamanı A.Abramov həmin güclü təsir edici maddələri Şikar adlı şəxsdən əldə etdiyini bildirib.
Şikar Məmmədov da saxlanılaraq istintaqa təqdim olunub. Həmin şəxs izahatında A.Abramovla tanışlığı olduğunu və həbləri ona satdığını etiraf edib. Həmin şəxslərdən “Tramadol” həbləri aşkarlanıb.
Hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.