Azərbaycanda koronavirusa yoluxma artdı - 4 nəfər öldü

ÖLKƏ
17:39 / 03.02.2021
966

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 162 yeni yoluxma faktı qeydə alınıb, 361 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan HİT.Az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

COVID-19-a yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar aparılan testlərin sayı da açıqlanıb. Belə ki, ölkədə son sutka ərzində 7198, hazırkı dövrədək isə 2426945 test aparılıb.

İndiyədək Azərbaycanda ümumilikdə 230617 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 224168 nəfər müalicə olunaraq sağalıb, 3145 nəfər vəfat edib, aktiv xəstə sayı 3304 nəfərdir.

1