Kürdə batan Ramin Vətən müharibəsi iştirakçısı imiş - FOTO

ÖLKƏ
23:44 / 03.02.2021
1022

Xəbər verdiyimiz kimi, yanvarın 31-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində qayıq batıb və iki nəfər itkin düşüb. 

Bu gün itkin düşənlərdən 1995-ci il təvəllüdlü Sadıxbəyli Ramin Qaçay oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ramin Sadıxbəyli Vətən müharibəsi iştirakçısı olub. O, döyüşə Səfərbərlik xidmətinin çağırışı ilə yollanıb. Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edən Sadıxbəyli, yanvarın əvvəlində tərxis olunaraq evə qayıdıb.

Məlumata görə, Bakıda yaşayan Ramin Mingəçevirə qonaq gedibmiş. O, sabah paytaxtda torpağa tapşırılacaq.

Qeyd edək ki, hadisə nəticəsində itkin düşən digər şəxs - 1980-ci il təvəllüdlü Yusifov Səfxan Aydın oğlunun axtarışları davam etdirilir.

0
Qafqazinfo.az