Bu il yeni ərazilərdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar tibb müəssisələrinin optimallaşdırılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev 2020-ci ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hər il xidmətlər zərfinin yenilənməsi üçün təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib.