Vergi borcu olan şirkət milyonluq tenderin qalibi elan edildi

ÖLKƏ
11:47 / 04.02.2021
650

"Azərişıq" ASC güc transformatorlarının əsaslı təmiri xidməti ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "ATEF Şirkətlər Qrupu" MMC-dir.

Qalib şirkətə 950 min manat ödəniləcək.

Qeyd edək ki, bu günə "ATEF Şirkətlər Qrupu"nun vergi borcu 3 898,91 manatdır.

1