Məlum olduğu kimi 4 fevral axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev HİT.Az-a bildirib ki, avtobusun təmsil etdiyi quruma məxsus olması barədə informasiyalar həqiqətə uyğun deyil:
"Avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 Dövlət Qeydiyyat Nişanlı avtobus 114 nömrəli müntəzən xətt üzrə istismardadır.
Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb".
Onun sözlərinə görə, məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.