Daşkəsəndə əməliyyat: Vəzifəli şəxs saxlanıldı

11:57 / 05.02.2021
3978

Daşkəsən rayonunun Xoşbulaq kənd bələdiyyəsinin sədri Allahverdiyev Rasim Məhəmməd oğlu və ləğv edilən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri işləmiş Şahbaz Mehdiyev saxlanılıb. 

Unikal.org-un məlumatına görə, hər iki şəxs korrupsiya və torpaq satışı ilə bağlı yol verdikləri qanunsuz əməllərə görə saxlanılıb.

Qeyd edək ki, R. Allahverdiyev 1999-cu ildən bələdiyyə sədridir. 

Şahbaz Mehdiyev isə ləğv olunan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsinin müdiri vəzifəsində işləyib.

1