Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilir

17:24 / 05.02.2021
556

“Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edilir.

APA-nın məlumatına görə, bununla bağlı qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən, qanunda inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilir və bu bölməyə yeni vəzifələr əlavə edilir.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

0