Pensiyaların artımı ilə bağlı brifinq - VİDEO

ÖLKƏ
19:48 / 05.02.2021
915

Ötən il orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq pensiyalar indeksləşdirilərək 11,4 % artırılır.

HİT.Az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Himalay Məmişov brifinq zamanı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti vətəndaş rifahının təminatı istiqamətində ardıcıl addımların atılmasını təmin edir. 2020-ci ildə də pensiya, Prezidentin təqaüdü və müavinət, ünvanlı sosial yardım üzrə ödənişlərə əvvəlki ilə nisbətən 20% və ya 1 milyard manat çox olmaqla 5 milyard 743 milyon manat vəsait yönəldilib. Minimum və orta pensiyanın alıcılıq qabiliyyəti indeksinə görə Azərbaycan MDB məkanında liderliyini qoruyub saxlayır.

1