Türkiyə Qarabağdakı Monitorinq Mərkəzindən məlumat yaydı - FOTO

22:24 / 05.02.2021
2134

Dağlıq Qarabağda atəşkəsə nəzarət çərçivəsində yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyətinə davam edir.

HİT.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin Tvitter hesabında məlumat verilib.

Məlumatda deyilir ki, bu vəzifəni birlikdə icra edən türk və rus hərbiçiləri mərkəzdə atəşkəsin pozulmasını önləmək üçün tədbirlər görürlər.

0