Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri başlayıb.
Diplomatlar ilk olaraq Cocuq Mərcanlıya gediblər.
Səfərdə Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov da iştirak edir.
Səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərləri 2016-cı ilin Aprel döyüşlərindən sonra yenidən qurulan Cocuq Mərcanlı ilə tanış olublar.
Oxu.az