O, ermənilərin vurduğu zirehli maşından düşərək düşmənin üzərinə gedib və silahla onları məhv edib. Söhbət Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan tankçı, 24 yaşlı Seymur Bəylərovdan gedir.
"Report"un Qərb mərkəzinin əməkdaşları Samux rayon Qarayeri qəsəbə sakini, 1996-cı il təvəllüdlü tankçı, şəhid Seymur Bəylərovun ailəsinin yaşadığı evə baş çəkib və evdə yaxınlarının həmsöhbət olub.
Şəhid Seymur Bəylərov Vətən müharibəsi zamanı Suqovuşan kənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibənin ilk günlərində içərisində bir neçə döyüş yoldaşlarının da olduğu zirehli maşınla düşmənə hücum edən vaxt ermənilərin ağır artileriyadan açdığı atəşlə maşın vurulub. Buna baxmayaraq Seymur sıradan çıxmış zirehli maşından sağ çıxıb. Şəhid oluan döyüş yoldaşlarını yanan avtomobilin içərisindən çıxararaq kənara qoyub. Onların silallarını da götürərək düşmənin üzərinə tək başına gedib. Bir neçə erməni terrorçunu məhv edib və sonda snayper gülləsinə tuş gəlib. Aldığı güllə yarasında qəhrəmancasına şəhid olub.
Allah rəhmət eləsin!