Vaksinasiya yalnız tibb müəssisəsində aparılmalıdır - TƏBİB rəsmisi

ÖLKƏ
20:45 / 08.02.2021
593

"Vətəndaşların koronavirus infeksiyasına (COVİD-19) qarşı vaksinasiyası yalnız tibb müəssisəsində aparılmalıdır. Çünki peyvəndən sonra ola biləcək allergik reaksiyalarının qarşısının alınması yalnız tibb müəssisəsində mümkündür".

HİT.Az xəbər verir ki, bunu "Trend"ə TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Vüsalə Yaşar deyib.

Onun sözlərinə görə, vətəndaşlar vaksinasiyadan sonra müəyyən müddət -15-30 dəqiqə ərzində tibb müəssisəsində nəzarətdə olurlar.

V.Yaşar qeyd edib ki, artıq vaksinasiyanın ikinci mərhələsinə - yaşı 65-dən çox olanlara peyvəndlərin vurulmasına başlanılıb:

“Peyvənddən sonra iki sutka ərzində xəstələrlə telefon əlaqəsi saxlanılır. Vaksin vurduran insanlar şikayətlərini telefonla sahə həkimlərinə bildirə bilərlər. Ciddi hal müşahidə olduqda sahə həkimi evə də gələ bilər”.

0