\"Düşmənin itkisi bizimkindən iki dəfədən çoxdur\" - Ağamir Sultanov

11:40 / 09.02.2021
841

“Düşmənin 30 il ərzində qurduğu müdafiə sistemini ordumuz dəqiq atəşlə məhv edib”.

APA xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının fəaliyyətinin  işıqlandırılması məqsədilə N saylı hərbi hissəyə təşkil edilən səfər zamanı Raket və Artilleriya Qoşunları Komandanı general-mayor Ağamir Sultanov deyib.

"Onu da qeyd etməliyik ki, düşmən tərəfinin itkiləri bizimlə müqayisədə iki dəfədən çoxdur", - deyə o bildirib.

0