“Bizi döyüşə məcbur göndərdilər” - Erməni əsgər üsyan etdi

ÖLKƏ
16:15 / 10.02.2021
1072

İkinci Qarabağ müharibəsində yaralanmış erməni əsgər ölkədəki laqeyd münasibətdən, süründürməçilik və işsizlikdən şikayətlənib.

Azvision.az xəbər verir ki, Taron Kazaryan adlı erməni döyüşçü hakimiyyət qurumlarına üsyan edərək, heç kimin onunla maraqlanmadığını deyib.

Döyüşlərə məcbur cəlb olunduğunu söyləyən Kazaryan taleyin ümidinə buraxılıb.

“Ermənistanın milli təhlükəsizlik xidmətinin sərhəd qoşunlarında xidmət edərkən Qarabağ müharibəsinə cəlb edildim. 2 oktyabrda qəlpə yarası aldıqdan sonra əməliyyat keçirdim və ağciyərimin bir hissəsi xaric edildi. Bundan sonra müalicəmə davam etdim və sonda xidmətə yararlı olmadığım üzə çıxdı. Tibbi müayinədən keçdikdən sonra - 5 fevral tarixində tərxis olunma əmrim gəldi. Əgər bir əsgər yaralandığı üçün ordudan tərxis edilirsə, sən demə işləməkdən, pul qazanmaq imkanlarından da məhrum olunurmuş. İndi mənə adi bir kağız vermək üçün zəng edən, axtaran, başa salan da yoxdur. Təqaüdə çıxmaqla bağlı məsələlər də qarışıqdı. Kimsə bu məsələləri necə həll edəcəyimi demir.

Hazırda işləyə bilmirəm və işsiz yaşamaq təbii ki, mümkün deyil. Hələ banklardan danışmıram. Gəlirim olmayacaq deyə, onlara heç nə ödəyə də bilməyəcəm. Hərbi hissəyə zəng edirəm, bu məsələlərlə bağlı anlayışsız olduqlarını deyirlər. Sosial Müdafiə Nazirliyinə zəng edirəm, deyirlər klinikaya get, o biri yerə baş çək, filan ünvanda ol və s. Məni orduya, döyüşlərə çağırdılar, belə xidmətə məcbur etdilər, çünki alternativ yox idi. Yaxşı, bəs bundan sonra necə yaşaya biləcəyəm? Axır ki, müharibə əlillərinə kimsə qayğı göstərəcək?",- deyə o bildirib.

0