İçərişəhərdə inşası davam edən tikili ilə bağlı araşdırmalarımız davam edir.
HİT.Az xatırladır ki, bina Böyük Qala küçəsində, Qız qalasının 100 metrliyində, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaxınlığında inşa olunur.
Tikilinin hansı profil daşıdığı bəlli olmasa da, İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsindən HİT.Az-a bildirilib ki, XIX əsrə aid yerli əhəmiyyətli yaşayış binası olan abidədə bərpa və gücləndirmə - təmir işləri aparılır.
"İşlərə 2018-ci ilin dekabrında başlanılıb və 2021-ci ilin mayında yekunlaşacaq. Tikintini icra edən isə "CONCO" MMC şirkətidir", - deyə məlumatda qeyd olunub.
Çingiz Səfərli