Azad Suqovuşanda həyat canlanır - VİDEO

ÖLKƏ
21:00 / 10.02.2021
647

Suqovuşan keçmiş Ağdərə rayonunun inzibati ərazisinə daxil olan kəndlərdən biri olub. 1992-ci ildə işğaldan azad edilən Ağdərə rayonu inzibati ərazi kimi ləğv edilərək Ağdam, Tərtər və Kəlbəcər rayonlarına birləşdirilib. Suqovuşan kəndi də həmin vaxt Tərtər rayonuna birləşdirilib.

1994-cü ildə Suqovuşan erməni terrorçuları tərəfindən yenidən işğal edilib.

İllərdir erməni qəsbkarları tərəfindən vəhşicəsinə istismar olunan Suqovuşan kəndi inkişaf mərhələsində ilk qədəmlərini atır.

30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan ermənilər 2020-ci ildə 44 günlük müharibə ilə qovularaq geri çəkilməyə məcbur edildilər.

Beləliklə Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni diversiya qrupuna qarşı əks-hücum həmlələri ilə ağır və qızğın döyüşlərdən sonra oktyabrın 3-də Suqovuşanı terrorçulardan təmizlədi.

"Report"un işğaldan azad olunan Suqovuşandan hazırladığı videoreportajı təqdim edirik.

0
Report