Ermənistanda itkin düşən hərbçi yaxınları aksiya keçirməkdə davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumət binası qarşısında kimtəyəvi müdafiə qüvvələrinin 40 hərbi qulluqçusunun yaxınları aksiya keçiriblər. Əsgər yaxınları müharibə zamanı Zəngilan rayonuna aparılan və sonradan itkin düşən hərbçilərin taleyinə aydınlıq gətirilməsini tələb ediblər.
Onlar 100-dən artıq müddətdir ki, yaxınlarından xəbər ala bilməmələrindən və dövlət orqanlarının laqeydliyindən şikayət ediblər.