Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 90 illiyi münasibətilə Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində kadr hazırlığındakı xidmətlərinə görə Dilqəm Qasım oğlu Quliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
HİT.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Qeyd edək ki, Dilqəm Quliyev 1950-ci il avqustun 6-da Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində (indi bu kənd Kəngərli rayonu inzibati ərazisinə daxildir) anadan olub. O, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun idman işləri və xarici əlaqələr üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar məşqçi, sərbəst güləş üzrə idman ustası, professor, Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan İdman Jurnalistləri Assiosiasiyasının üzvüdür.