Nazirlər Kabinetinin qərarında maska taxmaq sosial məkanlar üçün nəzərdə tutulub. Yəni açıq havada tək gedirsinizsə, maska taxmaya bilərsiniz”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Real TV-də qonaq olan TƏBİB nümayəndəsi, həkim-infeksionist Nəzrin Mustafayeva deyib. O, məsələnin məntiqə əsaslanmalı olduğunu vurğulayıb:
“Əgər sosial ərazidəsinizsə, o zaman maska taxmalısız. Siz tək gəzirsinizsə və yanınızda adam yoxdursa, maska taxmağınıza ehtiyac yoxdur. Bu iş məntiqə əsaslanmalıdır. Həmin vaxt sırf inzibati qaydadır deyə maska taxmağa ehtiyac yoxdur”.