Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin kompüter elmləri ixtisası üzrə təhsil alan III kurs tələbəsi Aygün Məmmədova Lütfi Zadə İrsi və Süni İntellekt Assosiasiyası ilə “AzEdu Academy”nin ortaq layihəsi olan Lütfi Zadə adına təqaüdə layiq görülüb.
Bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, istedadlı tələbələrə dəstək olmaq və məşhur alim Lütfi Zadənin xatirəsini yaşatmaq məqsədilə təsis edilən təqaüd texniki və texnoloji ixtisaslar üzrə bakalavriat səviyyəsində təhsil alan, Birinci Qarabağ və Vətən müharibəsində şəhid və ya qazi olan şəxslərin övladları, həmçinin sosial təminatı aşağı olan tələbələr üçün nəzərdə tutulub.
Aygün İlkin qızı Məmmədovanın atası Birinci Qarabağ müharibəsi qazisidir.