Sadiq Gözəlovun DİN-dən çıxarılmasının səbəbi AÇIQLANDI

ÖLKƏ
13:53 / 15.02.2021
793

Polis polkovniki Sadiq Gözəlov çalışmanın yaş həddinə çatdığına görə tutduğu vəzifəsindən azad edilib. 

Oxu.az-ın məlumatına görə, 65 yaşlı polis polkovniki Əmək Məcəlləsinin 70-ci maddəsinə uyğun olaraq (çalışmanın yaş həddinə çatdığına görə) Fondun icraçı direktoru (mülki) vəzifəsindən azad edilib.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov polis polkovniki Sadiq Gözəlovu qəbul edib. Daxili işlər orqanlarında qüsursuz xidmətlərinə, uzun müddət rəhbərlik etdiyi DİN mətbuat orqanında vəzifələrini layiqincə yerinə yetirdiyinə, habelə anadan olmasının 65 illik yubileyi və təqaüdə çıxması münasibətilə S.Gözəlov fəxri fərmanla təltif olunub.

Məlumatı DİN-nin Mətbuat xidməti təsdiq edib.

0